Kanalizasiya Borularının Tutulamsının səbəbləri

Kanalizasiya borularının tutulması hansı səbəblərdən baş verir.Effektiv və tez kanalizasiya borularının təmizlənməsi xidməti üçün bizimlə əlaqə saxlayın.

10/19/2024

kanalizasiya borularinin tutulmasi
kanalizasiya borularinin tutulmasi

Kanalizasiya borularının Tutulmasının Səbəbləri Nələrdir?

Mətbəx, hamam və tualet axarlarında baş verən tutulmalarda ümumiyyətlə ev sahibləri əvvəlcə tutulan boruları özləri açmağa çalışırlar. Bu sınanmış metodlarından ən çox bilinən üsul kimyəvi dərman açıcılardan istifadə etməkdir. Lakin, kanalizasiya borularını açmaq üçün ən doğru və qısa üsul müasir avadanlıqlardan istifade edərək tutulmanı açmaqdır. Kimyəvi dərman açıcılar boruların divarlarına zərər verib boruları əridə bilir. Hətta, daimi istifadə edilərsə kanalizasiya borusunu daraldıb zədələyə bilər.

Mətbəxtdə Kanalizasiya borularının Açılması

Mətbəx bölmələrində su axınının tutulmasının əsas səbəbi yağlı yemək qalıqları və qızartma yağlarının moykaya axıdılmasıdır. Həmçinin, meyvə və tərəvəz yuyularkən moykaya düşən kiçik hissələr vaxt keçdikcə yağ və digər qalıqlara yapışaraq tıxanmanın yaranmasına səbəb olur.
Bunun üçün bir çox kimyəvi üsullardan istifadə olunsa bele bu kimyəvi maddələr borularda olan tutulmanı aradan qaldırmağa güçü çatmır. Mətbəxtlərdə boruların açılması üçün ən effektiv və sürətli üsul avadanlıqlar vasitəsi ilə boruların açılmasıdır.Peşəkar olaraq sizin üçün mətbəxdə tutulan boruları qısa zamanda borulara və mətbəxtə zərər vermədən problemi kökündən həll edirik.

Digər xidmətlər

Tualetlrdə və Hamamlarda Kanalizasiya borularının Açılması

Tualelərdə isə tualet kağızı və yaş salfetlər tıxanmanın əsas səbəblərindəndir. Tualetlərdə əsasən sifon bölgəsində və ya tualetin ana borularında kanalizasiyaya birləşmə nöqtəsində tıxanma yaranır. Avadanlıqlar vasitəsilə boru açmaq sayəsində tualetdə boru tutulmasını bir neçə dəqiqə içində açıla bilir. Tualetinizdə kanalizasiya borulari tez-tez tutulursa , tutulma aradan qaldırıldıqdan sonra kanalizasiya borusunun içi mütləq yoxlanılmalıdır. Daimi tutulmaların səbəbi müəyyənləşdirilməli və uzunmüddətli üsul tapılmalıdır.

Hamam borularında tutulmaya ən çox səbəb olan şey duşa atılan saç və tüklərdi. Hamam qəbulu zamanı saçlar daraqdan çıxarıldıqda, həmin saçlar kanalizasiya axımına deyil, zibil qutusuna atılmalıdır. Həmçinin, hamam moykasında saqqal qırxarkən borulara düşən tüklər də moyka borularının tutulmasına səbəb olur.

Kanalizasiya borularının Tutulmasına Səbəb

Yuxarıda qeyd olunanlar mənzil içindəki borularda baş verən problemlərlə bağlı məsələlərdir. Bundan əlavə, kanalizasiya boruları düzgün quraşdırılmasa tutulmaya səbəb ola bilir. Pimaş boru quraşdırılan zaman meyilli, yəni axıntının dərəcəsi düzgün verilməlidir. Borunun alt hissəsi yaxşı dəstəklənməli, yumşaq materiallardan istifadə edilməməlidir. Kanalizasiya boruları aşağı doğru çökməməlidir.

Mənzillərdə Kanalizasiya borularının Tutulması

Mənzillərdən axıdılmaması lazım olan maddələr binanın ana axar borularına gedir. Ana borular tutulduqda isə çox vaxt mənzil sahibləri problemi görmürlər. Kanalizasiya açma prosesi zamanı çox vaxt kanalizasiya borularının nə üçün tutulduğu müəyyən edilir. Kanalizasiya teli ilə çıxarılan yaş salfetlər, tualet kağızları, maçalka, paltar parçaları kimi maddələr hər şeyi aydınlaşdırmağa kömək edir. Bina sakinləri bu mövzuda diqqətli olmalı, kiçik uşağı olan ailələr uşaqlarını tualet istifadəsi barədə tərbiyələndirməlidir. Tualetlərdə istifadə edilən dəsmallar və tualet kağızları axara deyil, zibil qutusuna atılmalıdır.

Mətbəx bölməsində moyka qətiyyən qızartma yağları tökülməməlidir. Boşqab və qazanlar zibildən təmizləndikdən sonra moyka yuyulmalı və ya qabyuyan maşın qoyulmalıdır. Təmizlik sonrası çirkli su tualetə töküldüyü zaman , qabın içində təmizlik bezləri və maçalka kimi maddələrin olmadığını yoxlamaq lazımdır.

Peşəkar Santexnik Xidmətləri

Santex.az ev və iş yerlərinizdə peşəkar santexnik xidmətləri təqdim edir. Təcrübəli komandamız sayəsində su sızmaları, boru tutulmaları, kombi təmizliyi və digər santexnik problemlərini tez və effektiv şəkildə həll edirik. Yüksək keyfiyyətli avadanlıqlarla işləyən mütəxəssislərimiz hər zaman müştərilərin məmnuniyyətini təmin etməyi prioritet sayır. Əgər evinizdə və ya iş yerinizdə santexnik problemi yaranıbsa, bizə müraciət edin. Santex.az – etibarlı və sürətli xidmət üçün doğru seçimdir!

Əlaqə nömrəsi: (050) 738 15 65

kanalizasiya borularinin tutulmasi
kanalizasiya borularinin tutulmasi